NİAB MMC
“NİAB” MMC müasir texnologiya və avadanlıqların, həmçinin intensiv metodların tətbiqi ilə 2019-cu ilin əvvəlindən başlayaraq Quba rayonunda özünə məxsus 95 hektar ərazidə super intensiv bağçılıq təsərrüfatı təşkil etmişdir. Müəssisənin yaradılmasına əsaslı surətdə yanaşılmışdır. Bakı-Quba yolundan uzunluğu 1,5 km olan asfalt örtüklü yol çəkilmiş, 40 min kub metrlik dəmir beton üzlüklü müasir su anbarı, avtomatik işə düşən yanğınsöndürmə sistemi və yanğın üçün ayrıca 143 kub metrlik su anbarı, 82 kub metrlik içməli su anbarı, avtomatik rejimli nasosxana binası, 100 tonluq tərəzi, elektrik enerjisinin fasiləsiz təminatı üçün generator binası, texnika üçün müasir tələblərə cavab verən qaraj, emalatxana, və s. inşa edilmişdir. Bundan savayı ərazinin 12.000 min kvadrat metri asfaltlanmış, bütün ərazi və binalar isə videomüşahidə sistemi ilə təchiz olunmuşdur. Meyvələrin yuyulması, çeşidlənməsi, qablaşdırılması və saxlanılması üçün ümumi sahəsi 5452 m² olan soyuducu anbar binası mövcuddur. Soyuducu kameralar ümumilikdə 3500 ton meyvə saxlamağa imkan verir. Soyuducu anbar binasının xidmətlərindən tək müəssisənin özü yox, həm də digər istehsalçılar da yararlanırlar. Müəssisə qarşıya qoyduğu hədəflərə nail olmaq üçün kənd təsərrüfatı texnikasının geniş tətbiqinə, ən müasir texnologiyalara və yüksək ixtisaslı işçi heyətinə arxalanır. Təsərrüfatın yaradılması üçün ümumi sayı 20 çatan Türkiyə, İtaliya, Hollandiya, Fransa, İngiltərə, Yaponiya istehsalı olan müasir traktorlar, dərmansəpənlər, çiləyicilər, frez aqreqatları və bu kimi digər texnika alınmışdır. 95 hektarın 40 hektarında alma bağları, 11 hektarında armud, 11 hektarında gilas, 11 hektarında nektarin, 5 hektarında gavalı, 4 hektarında yastı şaftalı, 2 hektarında şaftalı əkilmişdir. Layihədə yüksək məhsuldarlığa malik olan Türkiyədən gətirilmiş tinglərdən istifadə olunmuşdur. Su ehtiyatlarına qənaət edən müasir damcılı suvarma sistemi qurulmuşdur. Müəssisə hər il 3000-3500 ton məhsul istehsal edir ki, bunun da bir hissəsi xarici bazarlara ixrac olunur. Gələcəkdə meyvə sahələrinin artırılması və ixracın genişləndirilməsi nəzərdə tutulur. “NİAB” MMC-nin əsas məqsədi – NİAB brendini həm Azərbaycanda, həm də xarici bazarlarda yüksək keyfiyyət və misilsiz dad simvoluna çevirməkdir.


Xidmətlər

Çeşidləyici xətti
Yetişdirdiyiniz məhsulu çeşidləmək üçün bizim Türkiyə istehsalı olan Tarend çeşidləyici xəttindən istifadə edə bilərsiniz. Meyvələrin filtrdən keçmiş su ilə yuyulması, qurudulması və çeşidlənməsi avtomatik rejimdə həyata keçirilir. Avtomatik rejimdə müxtəlif kalibr və rənglər üzrə sortirovka etmək bacarığındadır.

Soyuducu anbarlar
Özümüzə məxsus irihəcmli soyuducu anbarlar sayəsində tədarük etdiyimiz meyvələri mövsümdən sonra da təklif edə bilərik. Anbarlarımızı həm də icarəyə götürə bilərsiniz.

Karton qutular
Meyvələrin daşınması karton qutular istehsal edirik. İspaniyanın "Boix" şirkətinin Q-1530 markalı karton qutu istehsalı qurğusu artıq istismara verilib. Bu müasir istehsal xətti saatda 1800-dək ölçüləri 565x380x130 mm, 565x380x155 mm və 565x380x175 mm olan karton qutuları istehsal etmək imkanına malikdir. Sifarişçinin istəyinə görə qutuların üzərinə şirkətin loqosu və digər məlumatlar yerləşdirmək mümkündür. Keyfiyyət: beş qatlı ağ karton qutular

Hidrosoyutma/şoklama
Hydrocooler gilas soyudularaq soyuducu anbarda saxlanması üçün nəzərdə tutulan hidrosoyutma/şoklama makinasıdır. Bu makina gündəlik 60 tona yaxın gilası şoklamaya malikdir.
Soyuducu bina


























Digər texniki infrastruktur
















Sertifikatlar













İdarəedici komandamız

Dilək Görgün
Aqronom
Emre Gülacar
Operator