Niab bağları
Məqsədimiz NİAB brendini həm Azərbaycanda, həm də xarici bazarlarda yüksək keyfiyyət və misilsiz dad simvoluna çevirməkdir.
BİZİ TANIYIN
Meyvəçiliyə
müasir yanaşma
Azərbaycanın meyvəçilik mərkəzi olan Qubada ən qabaqcıl təcrübələri tətbiq etməklə yeni bağlar saldıq.
Ənənələr, münbit torpaq və son texnologiyaların vəhdətindən yaranan misilsiz dad.

Nə üçün biz?
Sağlam həyat üçün
orqanik meyvələr.

Tam sertifikasiya
Müəssisəmizin və istehsal etdiyimiz məhsul Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bütün lazımi sertifikatlara malikdir.

Münasib qiymətlər
Topdan satış müəssisəsi olaraq sizlərə ən münasib qiymətlər təklif edirik.
Bizi tanıyın
Məhsullarımız

Alma
Almanın sağlamlıq üçün xeyiri onun tərkibində olan maqnezium, kalium, kalsium, sink, mis və dəmirin olması ilə əsaslanır. Bizim bağlarımızda 5 sort alma yetişir. Alma növləri: Qala, Qolden, Granny Smith Challanger, Qəndil Sinap, Pink Lady, Fuji

Armud
Armud, mədənin fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, həm də qan-damar sisteminə müsbət təsir göstərir. Təklif etdiyimiz 3 sort armuddan birini mütləq bəyənəcəksiniz. Armud növləri: Karmen, Etruska, Santa Mariya

Nektarin
Nektarin tərkibindəki A və C vitaminləri və antioksidantların sayəsində orqanizmi toksinlərdən təmizləyir, ürək və həzm yolunun fəaliyyətini yaxşılaşdırır, immuniteti artırır. Nektarin növləri: Bigbang, Extreme Red, Amiga, Sweet Lady

Gavalı
Gavalının lətində sink, mis, kalsium, natrium, yod, fosfor, dəmir, kalium, və çoxlu sayda vitaminlər mövcuddur. Gavalı psixikaya müsbət təsir göstərir, təbii antidepressant rolunu oynayır. Gavalı növləri: Ruby Crunch, Angelino

Gilas
Gilasın tərkibində qocalmanın yavaşladan antioksidantlar və dəriyə, gözə, saçlara və əsəb sisteminə yaxşı təsir edən arotionidlər mövcuddur. Gilas növləri: Star Giant, Regina 1, 2

Şaftalı
Şaftalı növləri : Extreme Red 314

Yastı şaftalı
Yastı şaftalı növləri: Plane Sun, Sauze 699
Bizi tanıyın
Xidmətlər

Çeşidləyici xətti
Yetişdirdiyiniz məhsulu çeşidləmək üçün bizim Türkiyə istehsalı olan Tarend çeşidləyici xəttindən istifadə edə bilərsiniz. Meyvələrin filtrdən keçmiş su ilə yuyulması, qurudulması və çeşidlənməsi avtomatik rejimdə həyata keçirilir. Avtomatik rejimdə müxtəlif kalibr və rənglər üzrə sortirovka etmək bacarığındadır.

Soyuducu anbarlar
Özümüzə məxsus irihəcmli soyuducu anbarlar sayəsində tədarük etdiyimiz meyvələri mövsümdən sonra da təklif edə bilərik. Anbarlarımızı həm də icarəyə götürə bilərsiniz.

Karton qutular
Meyvələrin daşınması karton qutular istehsal edirik. İspaniyanın "Boix" şirkətinin Q-1530 markalı karton qutu istehsalı qurğusu artıq istismara verilib. Bu müasir istehsal xətti saatda 1800-dək ölçüləri 565x380x130 mm, 565x380x155 mm və 565x380x175 mm olan karton qutuları istehsal etmək imkanına malikdir. Sifarişçinin istəyinə görə qutuların üzərinə şirkətin loqosu və digər məlumatlar yerləşdirmək mümkündür. Keyfiyyət: beş qatlı ağ karton qutular

Hidrosoyutma/şoklama
Hydrocooler gilas soyudularaq soyuducu anbarda saxlanması üçün nəzərdə tutulan hidrosoyutma/şoklama makinasıdır. Bu makina gündəlik 60 tona yaxın gilası şoklamaya malikdir.
Tövsiyyələr
Müştərilərimiz barəmizdə
Rusiya bazarına ixrac etdiyimiz almaların çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün NİAB MMC-yə müraciət edirik. Bu, həm vaxta qənaət, həm də itkilərin olmaması deməkdir.
Fuad Məmmədov Sahibkar
Keçən mövsüm yetişdirdiyim məhsulu itkisiz saxlamaq üçün NİAB MMC-nin soyuducusundan istifadə etməklə daha yüksək gəlir əldə etmişəm.
Natiq Qurbanov Fermer
NİAB MMC ilə 2 ildir əməkdaşlıq edirəm. Məhsulun keyfiyyəti və təklif olunan qiymətlərdən çox razıyam.
Əhliman Nəbiyev Fərdi sahibkar
Bizim
Partnyorlarımız








Rəqəmlər
Fəaliyyətimizi rəqəmlərdə təsvir etsək
Yüksək məhsuldarlıq üçün ən son texnologiyalara müraciət edirik.